[b]Prosineçki əzəli rəqiblərin duelini izləyəcək[/b]
20.08.2016 - 16:01
[b]Prosineçki əzəli rəqiblərin duelini izləyəcək[/b]

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Topaz Premyer Liqasını diqqət mərkəzində saxlayır. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, xorvatiyalı mütəxəssis çempionatın III turunun daha bir görüşünü izləyəcək.

 

Dünən “İnter”lə “Kəpəz” (2:2) arasında “İnter Arena”da baş tutmuş qarşılaşmanı seyr edən Prosineçki sabah “Qarabağ” – “Neftçi” oyununda iş başında olacaq. O, əzəli rəqiblərin “Əlincə” stadionunda keçiriləcək matçını tribunadan izləyəcək.

 

Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Neftçi” görüşü saat 20:00-da başlayacaq.