[b]Prosineçki Foqtsun rekordlarının ardınca gedir[/b]
12.10.2015 - 18:13
[b]Prosineçki Foqtsun rekordlarının ardınca gedir[/b]

Sabah AVRO-2016-nin seçmə mərhələsində son oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi ötən tsikldə - DÇ-2014-ün seçmə oyunlarında əldə etdiyi rekordları təkrarlamaq iddiasındadı.

 

Xorvatiyalı Robert Prosineçkinin baş məşqçisi olduğu yığmamız da Bolqarıstanla Sofiyadakı görüşə rekordların ardınca yollanıb. Berti Foqtslu millinin iki il əvvəl müəyyənləşdirdiyi iki rekordu qırmaq cari tsikldə mümkünsüzdü.

 

Lakin rekordların təkrarlanması istisna deyil. Bunun üçün komandamız cari mərhələdə ilk səfər qələbəsini qazanmalıdı. Bununla da...

 

Xal hesabını 9-a çatdıracaq komandamız DÇ-2014-də müəyyənləşdirdiyi ən yaxşı nəticəsini təkrarlayacaq. Bu nəticə yığmamızın Bolqarıstanı 1 xal arxada qoyub, 4-cü olmaq imkanı verəcək. Belə olan halda isə 2 il əvvəlki daha bir rekordumuzun təkrarına şahid olacağıq.

 

Amma qələbə ilə digər rekordlara iddia etmək mümkündü. Qələbə AVRO-2012-dəki nəticəmizin təkrarına səbəb olacaq. Yalnız bir tsikldə - məhz həmin vaxt iki qələbə qazanmışdıq. Bolqarıstandakı zəfər isə həmin nəticənin təkrarı olacaq.

 

Komandamız o qədər də inandırıcı olmayanı gerçəkləşdirib, 3 qol vursa AVRO-2012-dəki məhsuldarlıq rekordunu təkrarlaya bilər.

 

 

Turnir 

 O

 Q

 T

Yer 

AVRO-96 

10

0

1

9

2-29

1

6-cı 

DÇ-98 

8

1

0

7

3-22

3

5-ci 

AVRO-2000 

10

1

1

8

6-26

4

5-ci 

DÇ-2002 

10

1

2

7

4-17

5

6-cı 

AVRO-2004 

8

1

1

6

5-20

4

5-ci 

DÇ-2006 

10

0

3

7

1-21

3

6-cı 

AVRO-2008 

12

1

2

9

6-28

5

8-ci 

DÇ-2010 

10

1

2

7

4-14

5

5-ci  

AVRO-2012

10

2

1

7

10-26

7

5-ci

DÇ-2014

10

1

6

3

7-11

9

4-cü

AVRO-2016

9

1

3

5

7-16

6

5-ci

 

0