Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in seçmə mərhələsində 4-cü qarşılaşmasına çıxacaq yığmamız səfərdə Şimali İrlandiya millisi ilə üz-üzə gələcək.
Bu, komandamızın tarixində 227-ci matç olacaq. Belə ki, ilk matçını 1992-ci ilin sentyabrın 17-də səfərdə Gürcüstana qarşı keçirib, 3:6 hesabı ilə uduzan komandamız 24 il ərzində 226 oyunda meydana çıxıb. Komandamız indiyədək 42 qələbə qazanıb, 62 dəfə heç-heçə edib.
Hesabında 122 məğlubiyyət olan millimiz bu matçlarda 160 dəfə rəqib qapısına yol tapıb. Qapıçılarımız rəqiblərinin 380 qoluna məyus olub.
Komandamız seçmə mərhələlərdə 112-ci sınağına çıxacaq. 12-ci tsikldə mübarizə aparan milli indiyədək 12 qələbə qazanıb, 23 heç-heçə edib. 35 matçda xal qazanan futbolçularımız 76 dəfə uduzub. Yığmamız indiyədək 57 qol vurub. Rəqiblərimiz isə 232 dəfə qol sevinci yaşayıblar.
Dünya çempionatına vəsiqə uğrunda mübarizə aparan komandamız bu turnirin seçmə mərhələlərində 52-ci görüşünə çıxacaq. İndiyədək 51 belə matça çıxan yığmamız 6 qələbə qazanıb, 14 heç-heçəyə sevinib. Belfast şəhərindəki matçadək 31 məğlubiyyət acısı yaşayan futbolçularımız 21 qol vurub, 85-ni buraxıb.
Böyük Britaniyadaskı matç xorvatiyalı baş məşqçi Robert Prosineçkinin millimizdə 16-cı sınağı olacaq. Ötən il 8, bu il 7 qarşılaşmada yığmamıza rəhbərlik edən mütəxəssis 4 qələbə və 6 heç-heçəyə sevinib ki, yubiley – 5-ci qələbənin səfərdə gəlməsini arzulayır. 5 dəfə məğlubiyyət acısı yaşayan komandamız top fərqində mütəxəssisi məyus edib – 12:17.
Səfər sınağı xorvatiyalının 10-cu seçmə oyunudu. Əvvəlki 9 matçda 3 qələbə və 4 heç-heçəsi olan komandamız 2 dəfə uduzub. Həmin görüşlərdə 7 qol vuran futbolçularımız eyni sayda top buraxıblar.