[b]Prosineçki üçün fərqli yubileylər[/b]
12.11.2016 - 12:33
[b]Prosineçki üçün fərqli yubileylər[/b]

DÇ-2018-in seçmə mərhələsinin Şimali İrlandiya ilə görüşü Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin iki yubileyi ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, xorvatiyalı yığmamızı 10-cu seçmə oyununa çıxarıb.

 

Bu görüşlərdən 6-sı AÇ-2016, 4-ü DÇ-2018 çərçivəsində keçirilib. 4 cavabsız qolla qalib gələn britaniyalılar Prosineçkini 3-cü məğlubiyyətlə barışdırıb. 10 görüşdə 3 qələbə görən mütəxəssis 4 heç-heçəyə də şahidlik edib.

 

Şimali İrlandiyanın 3-cü qolu Prosineçkinin rəhbərliyi altında buraxılan ümumilikdə 20-ci qol olub. 10 seçmə və 6 yoxlama oyununda 12 qol vuran komandamız buraxılan qol sayını 21-ə çatdırıb.