[b]Prosineçkinin 15-i [/b]
05.10.2017 - 10:05
[b]Prosineçkinin 15-i  [/b]

Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, yığmamız DÇ-2018-in seçmə mərhələsindəki son ev qarşılaşmasında Çexiya ilə görüşəcək.


Bu, komandamızın 25 illik tarixində 233-cü matç olacaq. İlk oyununu 1992-ci ilin sentyabrın 17-də səfərdə Gürcüstana qarşı keçirib, 3:6 hesabı ilə uduzan komandamız arxada qalan müddətdə 232 qarşılaşmada meydana çıxıb.

 

Millimiz indiyədək 44 qələbə qazanıb ki, Çexiya üzərində uğur 45-ci ola bilər. 62 dəfə heç-heçə edən komandamız 126 məğlubiyyət alıb. Millimiz bu matçlarda 168 dəfə rəqib qapısına yol tapıb. Qapıçılarımız rəqiblərinin 393 qoluna üzülüb.

 

Komandamız dünya və qitə çempionatlarının seçmə mərhələlərində 117-ci sınağına çıxacaq. Özünün 12-ci tsiklində çıxış edən milli 13 qələbə qazanıb, 23 heç-heçə edib və 80 dəfə uduzub. Əvvəlki 116 matçda 63 qol vuran futbolçularımız rəqiblərin 244 topuna şahid olub.

 

Yığmamız DÇ-nin seçmə mərhələlərində 57-ci görüşünə çıxacaq. İndiyədək 56 belə oyunda qüvvəsini sınayan millimiz 7 qələbə qazanıb, 14 heç-heçə edib və 35 dəfə uduzub. Futbolçularımız 27 qol vurduğu matçlarda 97 top buraxıb.

 

Çexiya ilə görüş yığmamızın xorvatiyalı baş məşqçisi Robert Prosineçkinin millimizdə 22-ci sınağı olacaq. 2015-ci ildə millidə debüt edən mütəxəssis 6 qələbə və 6 heç-heçə ilə yanaşı, 9 məğlubiyyət də yaşayıb. Millimiz top fərqində də məşqçisini üzüb - 20:30.

Bakı Olimpiya Stadionundakı qarşılaşma xorvatiyalının seçmə mərhələlərdə 15-ci sınağıdı. Əvvəlki 14 matçda 4 qələbə və 4 heç-heçəsi olan komandamız 6 dəfə uduzub. Həmin görüşlərdə 13 qol vuran futbolçularımız 19 top buraxıb.