[b]PSJ-nin hücumçusuna “Borussiya”dan təklif[/b]
29.06.2017 - 17:38
PSJ-nin futbolçusu Jan-Kevin Auqustin karyerasını Almaniyada davam etdirə bilər. Apasport.az saytı “Le Parisien” nəşrinə istinadən xəbər verir ki, 20 yaşlı hücumçu “Borussiya”nın maraq dairəsinə düşüb.
Dortmund təmsilçisi Auqustini yay transfer dövründəcə heyətinə qatmaq niyyətindədi. Qarşı tərəflə danışıqlara start verilib. Fransızlar təklifi hələ ki cavablandırmayıblar.
Qeyd edək ki, PSJ-nin yetirməsi olan Auqustin 2015-ci ildən əsas komandanın formasını geyinir. O, parislilərin heyətində 31 oyunda 2 qola imza atıb.
- Guendouzi "Fənərbaxça" üçün İstanbula gəlib - FOTO - YENİLƏNİB
- "Fənərbaxça" İrfan Can Kahvecini göndərdi: Bu kluba icarəyə getdi
- Deku Ter Ştegenin zədəsi ilə bağlı: "Əvəllər də bu cür zədə alıb"
- "Bavariya"nın qapıçısı Premyer Liqa klubunda
- FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək
0
0