Fransada növbəti terror hadisəsinin qarşısı alınıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, terrorçular bu dəfə “Park De Prens” stadionunu hədəfə alıblar.
Belə ki, Liqa 1-in VIII turu çərçivəsində baş tutan PSJ - “Bordo” (6:2) qarşılaşması zamanı terrorçular partlayış törətməyə çalışıblar. Bunun yerli sakinlərdən birinin diqqətini çəkməsi onların planlarını pozub. Dərhal hadisə yerinə gələn polis əməkdaşları içi benzinlə dolu dörd qaz balonu və üzərində telefon zəngi ilə işə salınmağa hazır olan bomba tapıblar. Hadisə ilə bağlı 5 şübhəli şəxs saxlanılıb.
Qeyd edək ki, PSJ – “Bordo” matçını 47 mindən çox azarkeş izləyib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”