Dortmund “Borussiya”sının hücumçusu Pyer-Emerik Obameyanq karyerasını Fransada davam etdirməyə çox yaxındı. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, PSJ qabonlu forvardı heyətinə cəlb etməyə hazırlaşır.
Fransa təmsilçisi 27 yaşlı oyunçuya görə, qarşı tərəfə 70 milyon avro təklif edib. Klublar arasında artıq razılıq əldə edilib. PSJ rəhbərliyi hazırda Obameyanqı bu keçidə razı salmağa çalışır. Parislilər ona 6 milyon avro müqavilə haqqı və ilinə 10 milyon avro təklif edib.
Qeyd edək ki, 2013-cü ildən “Borussiya”nın formasını geyinən Pyer-Emerik Obameyanq ötən mövsüm 31 qolla Bundesliqanın bombardiri olub.