[b]PSJ müdafiəçisini “Tottenhem”ə satdı[/b]
31.08.2017 - 15:48
[b]PSJ müdafiəçisini “Tottenhem”ə satdı[/b]

Yay transfer dönəmində Neymar və Dani Alveş kimi oyunçularla güclənən PSJ heyətində “təmizləmə işləri”ni də sürətləndirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Paris təmsilçisi müdafiəçi Serge Orye ilə yollarını ayırıb.

 

Dani Alveşin gəlişindən sonra əsas heyətdəki yerini itirən sağ cinah oyunçusu karyerasını İngiltərədə davam etdirəcək. Çünki PSJ “transfer pəncərəsi”nin son günündə Fil Dişi Sahili millisinin üzvünü “Tottenhem”ə satıb. Fransızlar London klubunun 25 milyon avroluq təklifini qəbul ediblər. Məlumatı “Tottenhem” də rəsmən bəyan edib.

 

Qeyd edək ki, Serge Orye PSJ-yə 2015-ci ildə 9 milyon avro müqabilində “Tuluza”dan keçib.