[b]Qanalı ulduz “Qarabağ”da?[/b]
22.03.2016 - 20:18
[b]Qanalı ulduz “Qarabağ”da?[/b]

Qanalı ulduz futbolçu Mikael Essyen karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə Qana mətbuatı xəbər yayıb.

 

“Ghanasoccernet.com” saytı iddia edir ki, hazırda Yunanıstanın “Panatinaikos” klubunda çıxış edən “qara inci” bu mövsümün sonunda klubundan ayrılacaq. Ona olan bir çox təkliflərə baxmayaraq, Essyenin “Qarabağ”a keçəcəyi deyilir.

 

Qeyd edək ki, bir zamanlar “Lion”, “Çelsi”, “Real” və “Milan” kimi klubların formasını geyinmiş məşhur oyunçunun yunan klubu ilə müqaviləsi 2017-ci ilə kimi nəzərdə tutulub.