[b]Qapıya köklənən legioner[/b]
08.07.2017 - 13:52
[b]Qapıya köklənən legioner[/b]

Avropa Liqasının I təsnifat mərhələsindən sonra futbolçuların fərdi göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Zirə”nin yeni legioneri David Manqa da ən yaxşılar sırasındadı.

 

Mərkəzi Afrika Respublikasından olan futbolçu daim qapıya köklənməsi ilə diqqət çəkir. O, qapıya zərbələrdə ən yaxşılar arasında düşüb.

 

Lüksemburq “Differdanj”ı ilə görüşlərdə 10 zərbə endirən legioner bu göstəricidə 5-ci yerə şərikdi.

 

Manqa 5 dəfə çərçivəyə düşməyi də bacarıb. Afrikalı yarışın 10-cusudu. Qapı istiqamətində, amma qeyri-dəqiq zərbə sayında da David “onluq”dadı. O, 5 zərbə ilə 8-ci yerin şəriklərindəndi.