[b]Qara Qarayev meydana çıxsa...[/b]
10.07.2017 - 12:46
[b]Qara Qarayev meydana çıxsa...[/b]

Çempionlar Liqasının II təsnifat mərhələsinin sabah keçiriləcək “Samtredia” ilə ilk oyunu “Qarabağ”ın futbolçusu Qara Qarayev üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi meydana çıxsa, avrokuboklarda 50-ci matçını keçirəcək.

 

100-ü yarılamağın astanasında olan Qara indiyədək 49 dəfə qitə miqyaslı klub turnirlərində iştirak edib. O, bütün matçları eyni komandada – “Qarabağ”da oynayıb. Hələ qol hesabını açmayan futbolçu Çempionlar Liqasında 12, Avropa Liqasında 37 görüşə çıxıb. O, keçirdiyi qarşılaşmalarda ümumilikdə 9 sarı vərəqə ilə cəzalanıb.

 

Qarayevin avrokubok debütü 2010-cu ilə təsadüf edib. Avropa Liqasının 2010/11 mövsümünün “Metallurq”la görüşü 18 yaşlı yarımmüdafiəçi üçün ilk olub. İyulun 8-də Makedoniya təmsilçisi ilə Skopyedəki oyunda qalib müəyyənləşməmişdi – 1:1.

 

Qeyd edək ki, Qarayevi gözləyən yubiley oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

Qara Qarayev avrokuboklarda

mövsüm

turnir

oyun

qol

2010/11

Avropa Liqası

2

0

2011/12

Avropa Liqası

4

0

2013/14

Avropa Liqası

8

0

2014/15

Çempionlar Liqası

4

0

 

Avropa Liqası

8

0

2015/16

Çempionlar Liqası

4

0

 

Avropa Liqası

8

0

2016/17

Çempionlar Liqası

4

0

 

Avropa Liqası

7

0

Cəmi

 

49

0