[b]Qarşılaşmadığımız Serbiya, qalib gəlmədiyimiz Kipr, xal almadığımız İrlandiya[/b]
13.12.2016 - 14:53
[b]Qarşılaşmadığımız Serbiya, qalib gəlmədiyimiz Kipr, xal almadığımız İrlandiya[/b]

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AÇ-2018-də qarşılaşacağı üç rəqibdən ikisi komandamıza tanışdı. Apasport.az saytının məlumatına görə, gələn ilin payızında İrlandiya və Kiprlə baş tutacaq matçlar bu yığmalarla 3-cü duel olacaq.

 

Yalnız Serbiya ilk dəfə seçmə mərhələdə rəqibimiz kimi meydana çıxacaq.

 

İrlandiya ilə ilk matçımız 1997-ci ilə təsadüf edib. Həmin vaxt 4:2, 2013-cü ildə 2:0 hesabı ilə qalib gələn ada təmsilçisi yığmamızı xala həsrət qoyub.

 

Kiprlə son matçımız 10 il öncə baş tutub. Həmin vaxt millimiz rəqibindən 1 xal alıb – 1:1. 1994-cü ildəki sınaq isə komandamız üçün uğursuz alınıb – 0:2.