[b]Qazaxda futbolçu dünyasını dəyişdi[/b]
31.05.2017 - 12:56
Qazaxda futbolçu ürək tutmasından dünyasını dəyişib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Xanlıqlar kənd sakini, ürək xəstəliyindən əziyyət çəkən, 1980-ci il təvəllüdlü Sarıyev Qoşqar Nadim oğlunun səhhəti mayın 30-da kəskin pisləşib. O, Qazax Müalicə Diaqnostika Mərkəzinə aparılarkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, Sarıyev Qazağın “Göyəzən” futbol komandasının oyunçusu olub.
0
0