Sabah Azərbaycan Premyer Liqasında XXVII tura start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 3, bazar ertəsi isə 1 görüş keçiriləcək.
Bazar günü baş tutacaq hər 3 qarşılaşma eyni saatda start götürəcək.
Çempionluğu vaxtından əvvəl rəsmiləşdirən “Qarabağ” “Sumqayıt”ı qəbul edəcək. Ağdam klubu qızıl medallarına məhz bu oyun bitəndən sonra qovuşacaq. Qarşılaşma Ağdam klubu üçün formal xarakter daşısa da, qonaqlar üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, “Sumqayıt” məğlub olacağı halda və digər görüşdə “Zirə” “Neftçi”yə qalib gələcəyi təqdirdə, “gənclik şəhəri” təmsilçisi dördüncü yeri tutmaq şansını itirəcək. Bu mənada, Samir Abasovun yetirmələri uduzmaq haqda düşünmürlər.
Dördüncülük mübarizəsi baxımından “Zirə” – “Neftçi” matçı da böyük maraq kəsb edir. Şübhəsiz ki, indiki məqamda ən yaxın izləyiciləri ilə müqayisədə “Zirə”nin bu pilləni tutmaq şansı daha çoxdu. Hər şey Ayxan Abbasovun komandasının öz əlindədi. Lazım olan nəticəni əldə edəcəyi halda, “Zirə” avrokuboklara vəsiqəni rəsmiləşdirəcək. Lakin “Neftçi” ilə qarşılaşma “qartallar” üçün asan keçməyəcək. Çünki “ağ-qaralar” olan-qalan şanslarından istifadə etməyə çalışacaqlar. “Zirə”yə məğlub olacağı halda, “Neftçi” avrokubok xəyalından əl çəkəcək. Ev sahiblərinin qalibiyyəti qeydə alınsa, “Zirə” digər görüşlərdəki nəticələrə əsasən, Avropa Liqasına vəsiqəni bu tur təmin edə bilər. Bunun üçün “Sumqayıt” “Qarabağ”la görüşdə uduzmalı, “Kəpəz” isə AZAL-la matçda xal itirməlidi.
AZAL-ın qonağı olacaq “Kəpəz” son turlarda yaxşı formadadı. Gəncə təmsilçisi “Neftçi” və “Qəbələ” üzərindəki qələbələrdən sonra “təyyarəçilər”ə də qalib gəlməyi hədəfləyib. Şahin Diniyevin yetirmələri 4-cü yerdən ümidlərini üzməyiblər. “Kəpəz”dən fərqli olaraq, AZAL üçün bu görüş heç bir önəm kəsb etmir. Tərlan Əhmədovun komandasının mövsümü sonuncu pillədə başa vuracağı artıq rəsmiləşib.
Tura aprelin 24-də keçiriləcək “Qəbələ” – “İnter” matçı ilə yekun vurulacaq. Bu görüş ikinci pillənin sahibini rəsmən müəyyənləşdirə bilər. Belə ki, evdə oynayan əyalət klubunun ikinciliyinin son turadək təxirə salınması üçün bakılılar 2 və ya daha çox top fərqi ilə qalib gəlməlidi. Digər hallarda “İnter” “bürünc”lə barışmalı olacaq. “Gümüş”ü rəsmiləşdirmək istəyən “Qəbələ”ni isə qələbə və heç-heçə ilə yanaşı, 1 top fərqli məğlubiyyət də qane edir.
Azərbaycan Premyer Liqası
XXVII tur
23 aprel (bazar)
17:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Əli Hüseynov
“Azərsun Arena”
17:00. “Zirə” – “Neftçi”
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Elman Musayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə Olimpiya İdman Kompleksinin stadionu
17:00. AZAL – “Kəpəz”
Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Elşən Acalov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Şaiq Həmidov
“AZAL Arena”
24 aprel (bazar ertəsi)
14:30. “Qəbələ” – “İnter”
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Vüsal Qənbərov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu
|
1. |
Qarabağ |
26 |
17 |
5 |
4 |
42-12 |
56 |
|
2. |
Qəbələ |
26 |
13 |
10 |
3 |
43-16 |
49 |
|
3. |
İnter |
26 |
11 |
10 |
5 |
36-28 |
43 |
|
4. |
Zirə |
26 |
8 |
9 |
9 |
23-26 |
33 |
|
5. |
Sumqayıt |
26 |
8 |
8 |
10 |
25-32 |
32 |
|
6 |
Kəpəz |
26 |
7 |
9 |
10 |
21-26 |
30 |
|
7. |
Neftçi |
26 |
9 |
2 |
15 |
23-40 |
29 |
|
8. |
AZAL |
26 |
1 |
7 |
18 |
12-45 |
10 |
Bombardir: Filip Ozobiç (“Qəbələ”) - 11 qol, Rauf Əliyev (“İnter”) – 9 qol, Dino Ndlovu (“Qarabağ”) – 9 qol