[b]Qətər dünya çempionatına nə qədər pul xərcləyəcək?[/b]
08.02.2017 - 10:54
[b]Qətər dünya çempionatına nə qədər pul xərcləyəcək?[/b]

DÇ-2022-yə ev sahibliyi edəcək Qətərin mundialın hazırlığına ümumilikdə nə qədər pul xərcləyəcəyi açıqlanıb. Apapsort.az saytı “The Guardian”a istinadən xəbər verir ki, bu məbləğ təxminən 200 milyard dollar olacaq.

 

Qeyd olunan məbləğ mundial üçün nəzərdə tutulmuş obyektlərin tikintisinə, infrastrukturun yaxşılaşdırılmasına, eləcə də, nəqliyyat şəbəkəsi və xəstəxanaların inkişafına sərf ediləcək.

 

Qətər rəsmiləri dünya çempionatının hazırlıq prosesinə həftədə 500 milyon dollar xərcləyəcəklər. Ölkənin maliyyə naziri Əli Şərif Əl-Əmadi bunu təsdiqləyib: “Əsas proyektlərin tikintisinə həftədə təxminən 500 milyon dollar xərclənəcək. 3-4 il bu cür davam edəcək. Yalnız bu halda biz hədəfimizə çata, ölkəni DÇ-2022-yə tam hazır edə bilərik”.