DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Norveç – Azərbaycan matçının statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA Oslodakı görüşdə kimin fərqli komponentlərdə üstün olduğunu müəyyənləşdirib.
Səfərdə 0:2 hesabı ilə məğlub olan millimiz qapı istiqamətində daha az – 9 zərbə endirib. Yığmamızın 9 zərbəsindən 2-si çərçivəyə düşüb. 5 zərbə qapıdan aralı gedibsə, 2 epizodda rəqib müdafiəçilər topun qarşısında sipər olublar.
Rəqibdə isə bu göstərici uyğun olaraq 12, 2, 8 və 2-dir.
Komandamız 1 dəfə ofsayda düşübsə, rəqibdə bu, 6-a bərabərdi.
Kornerlərdə də meydan sahibləri üstündür – 3:0.
Millimiz bu oyunda əsasən kobudluqla diqqət çəkib. 90 dəqiqə ərzində 13 dəfə qayda pozuntusan yol verən futbolçularımız bunun qarşılığında 3 dəfə sarı, 1 dəfə isə qırmızı vərəqə ilə cəzalandırılıblar.
|
Norveç |
|
Azərbaycan |
|
2 |
Qollar |
0 |
|
12 |
Zərbələr |
9 |
|
2 |
Çərçivəyə |
2 |
|
8 |
Çərçivəyə düşməyən |
5 |
|
2 |
Dəf olunan |
2 |
|
3 |
Künc zərbələri |
0 |
|
6 |
Oyundan kənar vəziyyət |
1 |
|
8 |
Qayda pozuntusu |
13 |
|
0 |
Sarı vərəqə |
4 |
|
0 |
Qırmızı vərəqə |
1 |