[b]Qitə birinciliyi üçün son sınaqlar... Rəqiblərimiz qalib gəldilər[/b]
02.06.2016 - 01:27
[b]Qitə birinciliyi üçün son sınaqlar... Rəqiblərimiz qalib gəldilər[/b]

Dünyanın yaşıl meydanlarında milli komandalar arasında bir neçə yoxlama oyunu keçirilib. Apasport.az saytının məlumatna görə, millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri də növbəti matçlarına çıxıblar.

 

Eyni qrupda mübarizə aparacağımız Çexiya Avstriyanın İnsbruk şəhərində Rusiya millisiylə qarşılaşıb. Oyun çexlərin 2:1 hesablı qələbəsiylə nəticələnib.

 

Seçmə mərhələdəki digər rəqibimiz Norveç isə evdə İslandiyanı məğlub edib - 3:2.

 

Yoxlama oyunları

1 iyun

 

İspaniya - Cənubi Koreya 6:1

Qollar: David Silva, 30. Fabreqas, 32. Nolito, 38; 54. Alvaro Morata, 50; 89 - Ju Se-Yonq, 83. 

 

Çexiya - Rusiya 2:1

Qollar: Rositski, 49. Necid, 90 - Kokorin, 6.

 

Estoniya - Andorra 2:0

Qollar: Kruqlov, 24. Liivak, 94.

 

Norveç - İslandiya 3:2

Qollar: Yohansen, 1. Helland, 41. Sorlot, 67 - İnqason, 36. Siqurdsson, 81-pen.

 

Belçika - Finlandiya 1:1

Qollar: Lukaku, 89 - Hamalaynen, 53.

 

Polşa - Hollandiya 1:2

Qollar: Jedrzeyçik, 60 - Yanssen, 33. Viynaldum, 76