Azərbaycan millisi tarixində 5-ci dəfə martın 26-da meydana çıxacaq. Apasport.az saytının məlumatına görə, bu tarix yığmamız üçün uğursuzluqla əlamətdardı.
Belə ki, bugünkü tarixə təsadüf edən bütün oyunlarda millimiz uduzub. Qola həsrət qalan komandamız 2 dəfə acınacaqlı yenilgiyə üzülüb.
17 il öncə Portuqaliyada 7, 11 il əvvəl isə Polşada 8 cavabsız qol buraxan komandamızın son iki məğlubiyyəti daha kiçik hesablı olub. 2008-ci ildə yeganə yoxlama oyununda Litvaya uduzmuşuq – 0:1. Bakıdakı yeganə görüş isə Portuqaliya ilə ikinci duel olub. Bu dəfə rəqib 2 qola sevinib.
AVRO-2010-un seçmə mərhələsi
26 mart 1999. Gimaraynş. Portuqaliya – Azərbaycan - 7:0
DÇ-2006-nın seçmə mərhələsi
26 mart 2005. Varşava. Polşa – Azərbaycan - 8:0
Yoxlama oyunu
26 mart 2008. Vilnüs. Litva - Azərbaycan - 1:0
DÇ-2014-ün seçmə oyunu
26 mart 2013. Bakı. DÇ. Azərbaycan – Portuqaliya - 0:2