Avropa Liqasının qrup mərhələsinin “Qəbələ” - “Anderlext” oyunundan öncə baş məşqçilərin mətbuat konfranslarının vaxtı açıqlanıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, ilk olaraq, meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin önünə çıxacaq.
Qriqorçukun mətbuat konfransı noyabrın 23-də, saat 18:15-də start götürəcək. “Qəbələ”nin oyunöncəsi son məşqi isə 19:00-da 8-ci km stadionunda keçiriləcək.
Saat 19:30-da Belçika klubunun baş məşqçisi Rene Veyler media nümayəndələrinin suallarını cavablandıracaq. Qonaqlar matçöncəsi son məşqlərinə isə 20:00-da çıxacaqlar.