“Atletiko”nun futbolçusu Antuan Qrizmann maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, İspaniya mətbuatına danışan fransalı oyunçu “Qızıl top” mükafatı ilə bağlı proqnoz verib.
Qrizmann bu mükafata namizədlərin sırasında olsa da, “Qızıl top”u qazanacağına inanmır. O bildirib ki, əsas favorit Kriştianu Ronaldodu: “Mükafat mənə verilməyəcək. Çünki onu Ronaldo qazanacaq. Kriştianu həm Avropa çempionatı, həm də Çempionlar Liqasının qalibi olub”.
Futbolçunun agenti də onunla həmfikir olduğunu səsləndirib.
Qeyd edək ki, Qrizmann həm AÇ-2016, həm də ÇL-in ötən mövsümünün finalında məğlubiyyətlə üzləşib.