[b]Quliyevdən ilk[/b]
25.08.2017 - 19:25
[b]Quliyevdən ilk[/b]

Azərbaycan Premyer Liqasında mövsümün ilki qeydə alınıb. Apasport.az saytının məlumatına görə, 2017/18 mövsümünün ilk qırmızı vərəqəsi bu gün start götürən III tura təsadüf edib.

 

Bu, “İnter”lə “Səbail” arasında paytaxt derbisində baş verib. 63-cü dəqiqədə “İnter”i azlıqda qoyan Tərlan Quliyev yeni mövsümün ilk qırmızı vərəqəsinin müəllifi olub. Belə ki, əvvəlki iki turun 8 oyununda belə cəza qeydə alınmamışdı.

 

Qeyd edək ki, hazırda davam edən görüşdə “İnter” 1:0 hesabı ilə öndədi.