[b]Qurban Qurbanov “Fiorentina” ilə oyundan danışdı[/b]
28.09.2016 - 21:45
[b]Qurban Qurbanov “Fiorentina” ilə oyundan danışdı[/b]

“Tarixi olan bir komandaya qarşı oynayacağıq. “Fiorentina” güclü klubdu, futbolçuların hər biri yüksək ustalıq keyfiyyətlərinə malikdir, kollektiv olaraq da çox təcrübəlidirlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

UEFA Avropa Liqasını qrup mərhələsinin II turunda səfərdə “Fiorentina” ilə qarşılaşacaq ağdamlıların çalışdırıcısı matçdan öncə mətbuat konfransı keçirib.

 

Gənc mütəxəssis fikirlərini belə izah edib: “Yaxşı nəticə qazanmaq üçün mübarizə aparacağıq. Rəqibin heyətində Kaliniç, İliçiç, Valero və bir neçə təhlükəli futbolçular var. Çalışacağıq ki, sərfəli nəticə ilə qayıdaq”.

 

(klub saytı)

0