“Şerif” uzunmüddətli Avropa təcrübəsinə malik bir komandadı. Rəqibimiz, demək olar ki, hər mövsüm avrokuboklarda mübarizə aparır”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Samtredia”nı mübarizədən kənarlaşdıran Azərbaycan çempionu növbəti mərhələdə “Şerif”lə qarşılaşacaq.
Klubun rəsmi saytına açıqlamasında Moldova çempionunu dəyərləndirən Qurbanov “Şerif”ə ciddi yanaşdıqlarını söyləyib: “Rəqibin heyətində çoxlu legionerlər yer alır və heyəti yeniləyiblər. Bu da onu göstərir ki, “Şerif” bu mövsümə olduqca ciddi hazırlaşır. Komandaya italiyalı baş məşqçi rəhbərlik edir və adətən belə komandalar yüksək nizam-intizama malik olurlar. Bizi heç də asan olmayan iki oyun gözləyir. Amma uğurlu nəticə qazanmaq üçün meydanda ən yaxşısını etməyə çalışacağıq”.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi