[b]Qurban Qurbanov İcraiyyə Komitəsində?![/b]
25.02.2016 - 10:50
[b]Qurban Qurbanov İcraiyyə Komitəsində?![/b]

AFFA-nın İcraiyyə Komitəsinə daha bir namizədin adı bəlli olub. Apasport.az saytının məlumatına görə, “Qarabağ” rəhbərliyi baş məşqçisi Qurban Qurbanovun namizədliyini vermək fikrindədi.

 

44 yaşlı mütəxəssis böyük ehtimalla Peşəkar Futbol Liqasını (PFL) təmsil edəcək 4 klub nümayəndəsindən biri olacaq. Buna martın 11-də baş tutacaq AFFA-nın Hesabat-Seçki Konfransında aydınlıq gələcək.

 

Qurbanov klublar tərəfindən irəli sürülən 3-cü namizəddi. Onadək AZAL Rauf Əliyev, “Sumqayıt” Vaqif Sadıqovu İcraiyyə Komitəsində görmək istədiyini açıqlayıb.

 

Qeyd edək ki, komitənin hazırkı tərkibində PFL-i Vaqif Sadıqov (“Sumqayıt”), Kazbek Tuayev (AZAL), Hafiz Məmmədov (“Bakı”) və Rauf Əliyev (“Neftçi”) təmsil edir.