[b]Qurban Qurbanovun bəyənmədiyi hücumçu qovuldu[/b]
22.06.2016 - 14:30
[b]Qurban Qurbanovun bəyənmədiyi hücumçu qovuldu[/b]

“Qarabağ”ın sabiq hücumçusu Raydell Pupon “Roda”dan qovulub. Apasport.az saytı Hollandiya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu Kerkrade təmsilçisinə lazım olmayıb.

 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun tam olaraq, razı qalmadığı Pupon bu ilin əvvəlində “Roda”ya keçmişdi. İlk oyunlarda özünü yaxşı tərəfdən göstərməsinə baxmayaraq, hollandlar müqaviləsi bitmiş forvardla yeni saziş imzalamamağa qərar veriblər.

 

Nəticədə Puponun “Roda” karyerası cəmi 6 ay çəkib.

 

Qeyd edək ki, “Qarabağ”ın heyətində Azərbaycan çempionatında 15 oyunda cəmi 1 dəfə fərqlənmiş Pupon “Roda”da 18 matçda 4 qola imza atıb.