[b]Qurban Qurbanovun namizədliyi təsdiqləndi[/b]
25.02.2016 - 16:13
[b]Qurban Qurbanovun namizədliyi təsdiqləndi[/b]

“Qarabağ”ın AFFA-nın İcraiyyə Komitəsinə Qurban Qurbanovun namizədliyini irəli sürəcəyi təsdiqlənib. Apasport.az-ın məlumatına görə, bu barədə xəbər klubun rəsmi saytında da əksini tapıb.

 

Orada qeyd olunub ki, mart ayının 11-də AFFA-nın İcraiyyə Komitəsinə növbəti seçkilər həyata keçiriləcək. "Qarabağ" artıq öz namizədini müəyyənləşdirib. Ağdam təmsilçisi tərəfindən Azərbaycan futboluna həm oyunçu, həm də baş məşqçi kimi çox böyük töhvələr vermiş və ölkə futbolu üçün səmərəli olacağını düşünülən Qurban Qurbanovun İcraiyyə Komitəsinə namizədliyini irəli sürülüb.

 

Qeyd edək ki, bu barədə xəbəri ilk dəfə apasport.az saytı yazıb.