[b]Qurbanov Mircavadova çatdı, Şükürov 33-cü, Qriqorçuk 3-cü oldu[/b]
21.05.2016 - 12:28
[b]Qurbanov Mircavadova çatdı, Şükürov 33-cü, Qriqorçuk 3-cü oldu[/b]

Topaz Premyer Liqasında 2015/16 mövsümünün mükafatçı baş məşqçilərinin tam siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ı ardıcıl 3-cü çempionluğa daşıyan Qurban Qurbanov və “Zirə”ylə ilk gümüş medalı əldə edən Adil Şükürovun ardından Roman Qriqorçuk “Qəbələ”nin baş məşqçisi kimi bürünc mükafat qazanıb.

 

Sonuncu Azərbaycan çempionatlarında 2-ci dəfə medalçılar sırasına düşüb. Ötən mövsümdə də eyni əyarlı mükafata yiyələn ukraynalı ölkəmizdə 1-dən çox medal qazanan 3-cü əcnəbi mütəxəssis olub. Qriqorçukadək gürcüstanlı Kaxaber Sxadadze 5, digər ukraynalı Valentin Xodukin 2 dəfə komandası ilə “üçlüy”ə düşüb.

 

Adil Şükürov isə Premyer Liqada 33-cü mükafatçı baş məşqçi olub. Onadək 32 çalışdırıcı bunu bacarmışdı ki, bunlardan 10-u əcnəbi, 23-ü yerli mütəxəssisdi.

 

Ardıcıl 3 dəfə çempionluq yaşayan ilk məşqçi kimi tarixə düşən Qurbanov idə medal sayında Azərbaycan rekordunu təkrarlayıb. Baş məşqçi kimi 3 qızıl, 2 gümüş və 2 bürüncü olan mütəxəssis ümumi medal sayında Ağasəlim Mircavadova çatıb. Sonuncunun da hesabında 7 mükafat var. Bunlardan 5-i qızıl, 1-i gümüş, 1-i bürüncdü.

 

Azərbaycan çempionatlarında mükafatçı baş məşqçilər

mövsüm

çempion

II yer

III yer

1992

Əhməd Ələsgərov

Sabir Əliyev

Ruslan Abdullayev

1993

Ağasəlim Mircavadov

Sabir Əliyev

Ruslan Abdullayev

1993/94

Kazbek Tuayev

Ağasəlim Mircavadov

Mehman Allahverdiyev

1994/95

Mehman Allahverdiyev

Kazbek Tuayev

Vaqif Sadıqov

1995/96

Kazbek Tuayev

Nadir Qasımov

Mehman Allahverdiyev

1996/97

Kazbek Tuayev

Elbrus Abbasov

Rəşid Özbəyov

1997/98

Mehman Allahverdiyev

Yaşar Abdulov

Ramiz Kazımov

1998/99

Mehman Allahverdiyev

Asəf Namazov

Əhməd Ələsgərov

1999/2000

Ağasəlim Mircavadov

Mehman Allahverdiyev

Şamil Heydərov

2000/01

Ağasəlim Mircavadov

Oqtay Abdullayev

Qəhrəman Əliyev

2001/02

yarımçıq qalıb

 

 

2003/04

Kazbek Tuayev

Qəhrəman Əliyev

Şahin Diniyev

2004/05

Ağasəlim Mircavadov

Rasim Kara

Yunis Hüseynov

2005/06

Böyükağa Hacıyev

Yunis Hüseynov

Ağasəlim Mircavadov

2006/07

Ağasəlim Mircavadov

Qurban Qurbanov

Böyükağa Hacıyev

2007/08

Valentin Xodukin

Əshər Abdullayev

Anatoli Demyanenko

2008/09

Qyoko Hacievski

Valentin Xodukin

Roman Pokora

 2009/10

Kaxaber Sxadadze

Cüneyt Biçər

Qurban Qurbanov

2010/11

Arif Əsədov

Mirça Rednik

Qurban Qurbanov

2011/12

Böyükağa Hacıyev

Yunis Hüseynov

Kaxaber Sxadadze

2012/13

Böyükağa Hacıyev

Qurban Qurbanov

Kaxaber Sxadadze

2013/14

Qurban Qurbanov

Kaxaber Sxadadze

Yuri Syomin

2014/15

Qurban Qurbanov

Kaxaber Sxadadze

Roman Qriqorçuk

2015/16

Qurban Qurbanov

 Adil Şükürov

 Roman Qriqorçuk