[b]Qurbanov Svanadzeyə qarşı: 190, yoxsa 20?[/b]
06.08.2016 - 17:26
[b]Qurbanov Svanadzeyə qarşı: 190, yoxsa 20?[/b]

Topaz Premyer Liqasının yeni mövsümünün ilk turunun mərkəzi oyunu yubileylə əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, “İnter” – “Qarabağ” oyununda üz-üzə gələcək komandalar indiki baş məşqçilərinin rəhbərliyi altında yubiley qələbəsini qazanmağa yaxındı.

 

Belə ki, “Qarabağ” Qurban Qurbanovla 189, “İnter” Zaur Svanadze ilə 19 dəfə qalib gəlib. Sonuncular 20-ci, Ağdam təmsilçisi 190-cı dəfə çalışdırıcısını sevindirməyə çalışacaq.

 

“Qarabağ” 351 dəfə indiki baş məşqçisinin rəhbərliyi ilə meydana çıxıb. 97 heç-heçə və 65 məğlubiyyəti olan komanda 190-cı qələbəni səfərdə əldə etməyə çalışacaq.

 

Paytaxt təmsilçisi isə 19 qələbəni 47 görüşdə qazanıb. Digər matçlardan 15-i heç-heçə, 13-ü məğlubiyyətlə başa çatıb.