Azərbaycan kubokunun bombardirləri siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsinin ilk oyunlarından sonra cədvəldə ikihakimiyyətlilik yaranıb.
Bu qarşılaşmalaradək hesabında 2 qol vuran 5 oyunçu bombardirlik edirdisə, onlardan ikisi hesabını 3-ə çatdırıb. “Neftçi”nin “Xəzər Lənkəran”a 2:3 hesabı ilə uduzduğu matçda fərqlənən Ruslan Qurbanov və “Qəbələ”yə 1:2 hesabı ilə yenilən “Zirə”nin salvadorlu hücumçusu Nelson Bonilla digər 3 bombardiri arxada qoyub.
Qeyd edək ki, Ruslanla Nelson 1/8 finalda dubl müəllifi olmuşdu.
Azərbaycan kubokunun bombardirləri
1-2. Ruslan Qurbanov (“Neftçi”), Nelson Bonilla (“Zirə”) – 3
3-5. Elşən Abdullayev (“Neftçi”), Rəhman Musayev (“Şərurspor”), Sabir Allahquliyev (“Qaradağ-Lökbatan”) - 2