[b]Qvardiolanın revanş arzusu[/b]
31.10.2016 - 15:53
[b]Qvardiolanın revanş arzusu[/b]

Sabah Çempionlar Liqasının qrup mərhələsində IV tura start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə A, B, C və D qruplarında matçlar keçiriləcək.

 

A qrupunda “Arsenal” Bolqarıstanda “Ludoqorets”lə qarşılaşacaq. Bu komandaların 2 həftə öncə Londondakı qarşılaşması “topçular”ın 6:0 hesablı qələbəsi ilə başa çatmışdı. Qrupda hələ ki, cəmi 1 xalı olan “Ludoqorets” öz meydanında yaxşı nəticəyə ümid etsə də, bunun baş tutacağı o qədər də inandırıcı görünmür. Arsen Vengerin yetirmələri səfərdən 3 xalla qayıdaraq, növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl təmin etmək istəyirlər. Qrupun digər matçında isə PSJ “Bazel”in qonağı olacaq. Öz meydanında 3:0 hesablı qələbəyə sevinən parislilər bu matçın da favoriti hesab olunurlar. PSJ də qələbə qazanacağı halda, növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl qazana bilər.

 

Turun ən maraqla gözlənilən oyunları sırasında “Beşiktaş” – “Napoli” matçı da var. Azərbaycanlı futbolsevərlərin xüsusi diqqət göstərdiyi bu görüşdə Türkiyə təmsilçisinin hansı nəticəyə imza atacağı maraqla gözlənilir. Bu komandaların Neapoldakı oyununda qeydə alınan nəticə “Beşiktaş”lı futbolçuların özünəinam hissini bir qədər də artırır. Şenol Günəşin yetirmələri öz meydanlarında da yaxşı nəticəyə imza atmaqla, İtaliyadakı qalibiyyətin təsadüfi olmadığını sübut etməyə çalışacaqlar. Qrupun digər oyununda isə “Benfika” autsayder “Dinamo”nu qəbul edəcək.

 

Turun mərkəzi qarşılaşması Mançesterdə keçiriləcək. İki həftə öncə İspaniyada darmadağınla (0:4) üzləşən “Mançester Siti” bu dəfə öz meydanında “Barselona” önünə çıxacaq. Xosep Qvardiolanın yetirmələri İngiltərə çempionatının X turunda “Vest Bromviç” üzərində qələbə qazanmaqla, “qara zolaq”dan çıxdılar. İspan çalışdırıcı sabiq komandası “Barselona”nı Mançesterdən əliboş yola salmaq niyyətindədi. Onun bu missiyanın öhdəsindən gəlib-gəlməyəcəyi böyük maraq doğurur. Kataloniya təmsilçisi isə bu görüşdə qalib gələcəyi halda, növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl təmin edəcək.

 

D qrupunda xal itkisi ilə üzləşməyən “Atletiko” bu tur “Rostov”u qəbul edəcək. Dieqo Simeonenin komandası Rusiyada baş tutmuş görüşdə çətinliklə də olsa, qələbə (1:0) qazana bilmişdi. Madrid təmsilçisi bu oyuna da 3 xal üçün çıxacaq. “Atletiko” istəyinə çatacağı halda, növbəti mərhələyə vəsiqəni vaxtından tez təmin edəcək. Qrupun digər matçında isə “Bavariya” Hollandiyada “PSV Eyndhoven”i sınağa çəkəcək. Münhen klubu da qələbə qazanaraq, 1/8 finalın qapısını vaxtından əvvəl açmaq niyyətindədi.

 

İkinci oyun günündə isə E, F, G və H qruplarında matçlar baş tutacaq.

 

E qrupunda “Monako” MOİK-i, “Tottenhem” “Bayer”i qəbul edəcək. Hər iki oyunda qonaqlar məğlub olacaqları təqdirdə, işlərini bir qədər də çətinləşdirəcəklər.

 

F qrupunda “Borussiya” “Sportinq”i qəbul edəcək. Almaniya klubu qələbə qazanacağı halda, 1/8-ə vəsiqəni vaxtından əvvəl təmin edəcək. “Real” isə səfərdə “Legiya”nı sınağa çəkəcək. Bu komandaların ilk görüşündə “kral klubu” asan qələbə qazanmışdı. Madrid təmsilçisi də növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl qazana bilər. Bunun üçün həm özü, həm də “Borussiya” qələbə qazanmalıdı.

 

G qrupunda “Lester” “Kopenhagen”in, “Brügge” isə “Porto”nun qonağı olacaq. Bu görüşlərdə “Lester” qələbə qazansa və digər qarşılaşmada “Brügge” “Porto”ya yenilməsə, İngiltərə çempionu 1/8 final arzusunu vaxtından əvvəl reallaşdıracaq.

 

İkinci oyun gününün maraqlı görüşlərindən biri də Turində baş tutacaq. “Yuventus” Fransada çətinliklə üstələdiyi “Lion”a öz meydanında da qalib gəlmək niyyətindədi. “Qoca sinyora” bu istəyini həyata keçirə bilsə, növbəti mərhələyə vəsiqəni vaxtından əvvəl reallaşdıracaq. Eyni sözləri Zaqreb “Dinamo”sunu qəbul edəcək “Sevilya”ya da aid etmək olar. İspaniya klubu xorvatlara qalib gəlməklə, 1/8 arzusunu vaxtından əvvəl gerçəkləşdirə bilər.

 

 

UEFA Çempionlar Liqası, qrup mərhələsi

IV tur

 

1 noyabr

 

A qrupu

23:45. “Ludoqorets” (Bolqarıstan) – “Arsenal” (İngiltərə)

23:45. “Bazel” (İsveçrə) – PSJ (Fransa)

 

1.

Arsenal

3

2

1

0

9-1

7

2.

PSJ

3

2

1

0

7-2

7

3.

Bazel

3

0

1

2

1-6

1

4.

Ludoqorets

3

0

1

2

2-10

1

 

 

B qrupu

21:45. “Beşiktaş” (Türkiyə) – “Napoli” (İtaliya)

23:45. “Benfika” (Portuqaliya) – “Dinamo” (Kiyev, Ukrayna)

 

1.

Napoli

3

2

0

1

8-6

6

2.

Beşiktaş

3

1

2

0

5-4

5

3.

Benfika

3

1

1

1

5-5

4

4.

Dinamo K.

3

0

1

2

2-5

1

 

C qrupu

23:45. “Borussiya” (Mönxenqladbax, Almaniya) – “Seltik” (Şotlandiya)

23:45. “Mançester Siti” (İngiltərə) – “Barselona” (İspaniya)

 

 

1.

Barselona

3

3

0

0

13-1

9

2.

Mançester S.

3

1

1

1

7-7

4

3.

Borussiya M.

3

1

0

2

3-6

3

4.

Seltik

3

0

1

2

3-12

1

 

 

D qrupu

23:45. “Atletiko” (İspaniya) – “Rostov” (Rusiya)

23:45. “PSV Eyndhoven” (Hollaniya) – “Bavariya” (Almaniya)

 

1.

Atletiko

3

3

0

0

3-0

9

2.

Bavariya

3

2

0

1

9-2

6

3.

PSV Eyndhoven

3

0

1

2

3-7

1

4.

Rostov

3

0

1

2

2-8

1

 

 

2 noyabr

 

E qrupu

23:45. “Monako” (Fransa) – MOİK (Moskva, Rusiya)

23:45. “Tottenhem” (İngiltərə) – “Bayer” (Almaniya)

 

1.

Monako

3

1

2

0

4-3

5

2.

Tottenhem

3

1

1

1

2-2

4

3.

Bayer

3

0

3

0

3-3

3

4.

MOİK

3

0

2

1

3-4

2

 

F qrupu

23:45. “Borussiya” (Dortmund) – “Sportinq” (Portuqaliya)

23:45. “Legiya” (Polşa) – “Real” (Madrid, İspaniya)

 

1.

Borussiya D.

3

2

1

0

10-3

7

2.

Real M.

3

2

1

0

9-4

7

3.

Sportinq

3

1

0

2

4-4

3

4.

Legiya

3

0

0

3

1-13

0

 

 

G qrupu

23:45. “Kopenhagen” (Danimarka) – “Lester” (İngiltərə)

23:45. “Porto” (Portuqaliya) – “Brügge” (Belçika)

 

1.

Lester

3

3

0

0

5-0

9

2.

Kopenhagen

3

1

1

1

5-2

4

3.

Porto

3

1

1

1

3-3

4

4.

Brügge

3

0

0

3

1-9

0

 

 

H qrupu

23:45. “Sevilya” (İspaniya) – “Dinamo” (Zaqreb, Xorvatiya)

23:45. “Yuventus” (İtaliya) – “Lion” (Fransa)

 

1.

Yuventus

3

2

1

0

5-0

7

2.

Sevilya

3

2

1

0

2-0

7

3.

Lion

3

1

0

2

3-2

3

4.

Dinamo Z.

3

0

0

3

0-8

0