[b]Rail Məlikov "Sumqayıt"ı yalançı çıxardı: Hələ keçməmişəm[/b] - YENİLƏNİB
21.06.2016 - 16:33
[b]Rail Məlikov "Sumqayıt"ı yalançı çıxardı:  Hələ keçməmişəm[/b] - YENİLƏNİB

Azərbaycan yığmasının sabiq üzvü Rail Məlikovun yeni komandası müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, 2015/2016 mövsümünü AZAL-da keçirən təcrübəli müdafiəçi paytaxt klubunda qalası olmayıb.

 

Belə ki, Rail karyerasını “Sumqayıt”da davam etdirməyə qərar verib. Klubun rəsmi saytının yaydığı məlumatda Məlikovla müqavilənin imzalandığı bildirilib. Rail yeni komandası ilə 1 illik sazişə qol çəkib.

 

Qeyd edək ki, Rail Məlikov karyerası ərzində "Bakı", "Neftçi", "Dənizlispor" və "Qəbələ"nin şərəfini qoruyub. O, həmçinin 2004-2012-ci illər ərzində 40 dəfə Azərbaycan millisinin formasını geyinib.

 

Lakin 31 yaşlı futbolçu əməkdaşımızla söhbətində hələ “Sumqayıt”la anlaşmadığını bildirib. AZAL-la müqavilə müddəti başa çatan müdafiəçi yaxın saatlarda məsələnin tam dəqiqləşəcəyini söyləyib: “Hələ “Sumqayıt”a keçməmişəm. Hazırda bununla bağlı danışıq gedir. 1-2 saata hər şeyə aydınlıq gələcək”.