[b]Ramil Şeydayev “Trabzonspor”un start heyətində[/b]
26.10.2016 - 14:39
[b]Ramil Şeydayev “Trabzonspor”un start heyətində[/b]

Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin komandası “Trabzonspor” Türkiyə kubokunda növbəti oyununa çıxacaq. Apasport.az saytı xəbər verir ki, Qaradəniz təmsilçisi səfərdə "Çorum Bələdiyyəspor”la qarşılaşacaq. 

 

“Trabzonspor”un bu görüşə hansı heyətlə çıxacağı müəyyənləşib. Baş məşqçi Ərsun Yanalın güvənəcəyi “11-lik”də Şeydayev də yer alacaq.

 

Türkiyə mətbuatının yazdığına görə, “bordo-mavililər”in bu heyətlə mübarizə aparacaqları gözlənilir: Esteban Alvarado, Akakpo, Mustafa Yumlu, Mustafa Akbaş, İbanez, Aytaç Kara, Okay Yokuşlu, Güray Vural, Yusuf Ərdoğan, Muhammet Dəmir və Ramil Şeydayev.

 

“Trabzonspor” bu rəqibi də mübarizədən kənarlaşdırmaqla, ölkə kubokunda qrup mərhələsinə qatılmaq niyyətindədi.

 

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 15:15-də start götürəcək.