[b]Ramil Şeydayev nəticədən razı qalmayıb[/b]
06.03.2017 - 00:12
“Yaxşı oyun oldu, amma nəticədən razı qalmadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri milli komandamızın üzvü Ramil Şeydayev deyib.
Slovakiya çempionatında yeni komandası “Jilina”nın heyətində ilk dəfə start heyətində meydana çıxan hücumçu “Podbrezova”ya qarşı oyunda 2:2 hesablı bərabərlikdə rol oynayıb.
Görüş başa çatdıqdan sonra klubun rəsmi saytına açıqlama verən Şeydayev fikirlərini bölüşüb: “Bizi ancaq ən yaxşı nəticə - qələbə qane edərdi. Ancaq artıq bu matçı unutmalıyıq. Qarşıdakı oyunlara köklənməliyik”.
0
0