[b]Ramil Şeydayev rəsmi oyunlarda ilk qolunu vurdu[/b]
21.09.2016 - 21:56
[b]Ramil Şeydayev rəsmi oyunlarda ilk qolunu vurdu[/b]

Türkiyə Kuboku ilk  mərhələsinin oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, milli futbolçumuz Ramil Şeydayevin komandası “Trabzonspor” “Ardahansor”la qarşılaşıb.

 

Görüş “qaradənizlilər”in 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Görüşə ehtiyat oyunçular skamyasında başlayan futbolçumuz ikinci hissədə meydana girib və oyunda sonuncu qolun müəllifi olub.

 

Türkiyə kuboku

İlk mərhələ

 

“Trabzonspor” – “Ardahanspor” – 6:0

Qollar: Mehmet Akbaş, 25, Ndoye, 47, Suk Hyun hu, 58, Yumlu, 77, Okay, 83, Ramil Şeydayev, 85