[b]Ramil Şeydayevin oynadığı matçda 4 qol[/b]
05.03.2017 - 20:32
[b]Ramil Şeydayevin oynadığı matçda 4 qol[/b]

Slovakiya Fortuna Liqasında XX tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Ramil Şeydayevin çıxış etdiyi “Jilina” səfərdə “Podbrezova” ilə üz-üzə gəlib.

 

Görüş 2:2 hesablı bərabərliklə başa çatıb.

 

Şeydayev oyuna start heyətində başlayıb və matçına sonuna kimi meydanda qalıb.

 

Qeyd edək ki, 20 oyundan sonra aktivində 48 xal olan “Jilina” turnir cədvəlinin lideridir.