[b]Ramin Musayev: ...oyunu təxirə salmalı olacağıq[/b]
08.02.2017 - 14:47
[b]Ramin Musayev: ...oyunu təxirə salmalı olacağıq[/b]

“Hazırda meydanın kənarındayıq. Oyunun təxirə salınması ilə bağlı bir fikir yoxdu”. Bu sözləri apasport.az saytına açıqlamasında hakim-inspektor Rövşən Əhmədov deyib.

 

Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində bu gün keçirilməli olan “Qəbələ” – AZAL görüşü təxirə salına bilər. Buna səbəb Qəbələdə dumanlı hava şəraitinin hökm sürməsidi.

 

Qarşılaşmanın hakim-inspektoru Əhmədov bununla bağlı danışıb. O bildirib ki, indiki vəziyyətdə matçın keçirilmək ehtimalı daha böyükdü: “Düzdü, duman var, amma elə də sərt deyil. Meydançanın bir tərəfindən digər tərəfini görmək olur. Projektorlar da artıq yandırılıb. Matçın keçirilməsi üçün problem yoxdu. Son qərarı baş hakim verəcək". 

 

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev də gözləmə mövqeyində olduqlarını söyləyib: “Əgər duman daha da kəskinləşsə, məcburən oyunu təxirə salmalı olacağıq. Matçın gedişində duman yenidən güclənsə, qarşılaşmanın təxirə salınması istisna deyil”.