[b]Ramin Musayev də gəldi, gündəm açıqlandı[/b]
01.03.2016 - 11:27
[b]Ramin Musayev də gəldi, gündəm açıqlandı[/b]

Klublar Komitəsi (KK) növbəti dəfə bir araya gəlib. Apasport.az saytının məlumatına görə, bir qədər əvvəl başlayan iclas “Boulevard Hotel Baku”da keçirilir.

 

PFL prezidenti Ramin Musayevin və AFFA-nın hüquqşünası Rəmiş Malıyevin də iştirak etdiyi toplantıda müzakirə olunacaq məsələlər də bəllidi. Belə ki, gündəmində olan əsasən 3 məsələ barədə fikir mübadiləsi aparılacaq.

 

Həmin məsələlər bunlardı:

 

1. Gəncə şəhərində "Kəpəz" klubunun ev oyunlarını keçirdiyi stadion barədə müzakirə.

2. İcraiyyə Komitəsində müzakirə üçün Klublar Komitəsi tərəfindən irəli sürülən təkliflər (legioner rüsumu, məşq təzminatı).

3. Oyunçuların statusu və transferi haqqında Əsasnamənin müzakirəsi.

4. Digər məsələlər.