“Real” və “Yuventus”un müdafiəçiləri Serxio Ramosla Dani Alves yubiley matçlarına hazırlaşırlar. Apasport.az saytının məlumatına görə, ulduz futbolçular Çempionlar Liqasının 1/4 final mərhələsində meydana çıxacaqları təqdirdə “100-lər” klubuna qoşulacaqlar.
Belə ki, cavab oyunu çərçivəsində Ramos “Bavariya”ya, Alves isə “Barselona”ya qarşı görüşdə meydana çıxarsa, Avropanın ən mötəbər turnirində 100-cü oyununu keçirmiş olacaqlar. Bununla onlar ÇL-də 100 oyun həddinə çatmış 30 və 31-ci oyunçu olacaqlar.
ÇL-də 100 və daha çox oyun keçirənlər:
164 – İker Kasilyas (“Real” - 150, “Porto” - 14)
151 – Xavi Ernandes (“Barselona”)
142 – Raul Qonzales (“Real” - 130, “Şalke” - 12)
141 – Rayan Giqqz (“Mançester Yunayted”)
135 – Kriştianu Ronaldo (“Mançester Yunayted” - 52, “Real” - 83)
125 – Klarens Zedorf (“Ayaks” - 11, “Real” - 25, “Milan” - 89)
124 – Pol Skoulz (“Mançester Yunayted”)
120 – Roberto Karlos (“Real” - 107, “Fənərbaxça” - 13)
120 – Andres İnyesta (“Barselona”)
119 – Zlatan İbrahimoviç (“Ayaks” - 19, “Yuventus” - 19, “İnter” - 22, “Barselona” - 10, “Milan” - 16, PSJ - 33)
117 – Xabi Alonso (“Real Sosyedad” - 8, “Liverpul” - 39, “Real” - 47, “Bavariya” - 23)
115 – Karles Puyol (“Barselona”)
113 – Lionel Messi (“Barselona”)
112 – Tyerri Anri (“Monako” - 9, “Barselona” - 26, “Arsenal” - 77)
111 – Petr Çex (“Sparta” - 12, “Çelsi” - 94, “Arsenal” - 5)
110 – Filipp Lam (“Ştutqart” - 7, “Bavariya” - 103)
109 – Paolo Maldini (“Milan”)
109 – Qari Nevill (“Mançester Yunayted”)
109 – Con Terri (“Çelsi”)
108 – Eşli Koul (“Arsenal” - 45, “Çelsi” - 60, “Roma” - 3)
108 – Patris Evra (“Monako” - 21, “Mançester Yunayted” - 65, “Yuventus” - 22)
108 – Andrea Pirlo (“İnter” - 5, “Milan” - 78, “Yuventus” - 25)
107 – Devid Bekhem (“Mançester Yunayted” - 77, “Real” - 26, “Milan” - 2, PSJ - 2)
106 – Viktor Valdes (“Barselona”)
105 – Frenk Lempard (“Çelsi” - 102, “Mançester Siti” - 3)
103 – Canluici Buffon (“Parma” - 6, “Yuventus” - 97)
103 – Luiş Fiqu (“Barselona” - 24, “Real” - 58, “İnter” - 21)
103 – Oliver Kan (“Bavariya”)
100 – Andrey Şevçenko (“Milan” - 59, “Çelsi” - 15, “Dinamo” (Kiyev) - 26)
Rekord və statistikalar:
Ən çox oyun keçirən: İker Kasilyas – 164
Bir klubda ən çox oyun keçirən: Xavi Ernandes – 151
100 və daha çox oyun keçirən futbolçu sayı: 29
Futbolçularının 100 oyunda forma geyindiyi klublar: “Barselona” (5), “Real”, “Mançester Yunayted” (3), “Bavariya”, “Çelsi” (2), “Milan” (1)
İki müxtəlif klubun heyətində 50-dən çox oyun keçirən: Kriştianu Ronaldo (“Mançester Yunayted” - 52, “Real” - 83)
100 oyun səddini keçib turniri qazana bilməyənlər: Zlatan İbrahimoviç, Canluici Buffon
Futbolçuları 100 oyun keçirən ölkələr: İspaniya (7), İngiltərə (6), İtaliya (3), Fransa, Almaniya, Portuqaliya (2), Argentina, Braziliya, Çexiya, Hollandiya, İsveç, Ukrayna, Uels (1)
Mövqelər üzrə 100 oyun səddinə çatanlar: qapıçı (5), müdafiəçi (8), yarımmüdafiəçi (10), hücumçu (6)