[b]Rauf Əliyev “11-lik”də[/b]
30.06.2017 - 00:28
[b]Rauf Əliyev “11-lik”də[/b]

Azərbaycan klublarının avrokuboklardakı ən yaxşı bombardirlərinin siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, Bakı “İnter”inin futbolçusu Rauf Əliyev qitə kuboklarında qol sayını 5-ə çatdırıb.

 

O, Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost”la Serbiyadakı görüşündə fərqlənib. Bu top onun 5-ci uğuru olub. Bununla da Əliyev Vüqar Nadirov, Teo Uiks və Julius Vobaya çatıb. Hərəyə 5 qol vuran “dördlük” bombardirlər siyahısında 8-11-ci yerlərə şərikdi.

 

Ən yaxşı “11-liy”in önündə isə 11 qol vuran Reynaldo qərarlaşıb. “Qarabağ”ın sabiq futbolçusu bütün rəqiblərini arxada qoyur.

 

1. Reynaldo Silva 11

2-4. Rəşad Sadiqov 7

Rəşad Sadıqov 7

Riçard Ameyda 7

5-7. Baçana Sxadadze 6

Əfran İsmayılov 6

Sergey Zenyov 6

8-11. Julus Vobay 5

Vüqar Nadirov 5

Teo Uiks 5

Rauf Əliyev 5