Martın 24-dən hazırlıqlarını davam etdirən “İnter” bu gün növbəti məşqinə çıxıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, zədəli futbolçulardan ikisi artıq kollektivə qoşulub.
Serbiyada müayinədən keçən yarımmüdafiəçi Nizami Hacıyev vətənə dönüb və bugünkü məşqdə iştirak edib. Kapitan kollektiv məşqlərdə iştirak edib. Həmçinin uzun müdətdi zədədən əziyyət çəkən hücumçu Rauf Əliyev də komanda ilə məşqlərə qoşulub. Onların Topaz Premyer Liqasının XXVII turunda “Neftçi” ilə keçiriləcək qarşılaşmada iştirakı sual altındadı.
“Bankirlər”in digər zədəli oyunçusu Qara Qarayev isə hələ də həkim nəzarəti altındadı. Gənc hücumçu “Neftçi” ilə matçda komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, martın 30-da “İnter Arena”da keçiriləcək “İnter” – “Neftçi” görüşü saat 18:00-da başlayacaq.