[b]Rayan Babel İstanbulda[/b]
24.12.2016 - 15:22
"Beşiktaş"la müqavilə imzalayacaq Rayan Babel Türkiyəyə gedib. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hollandiyalı futbolçu artıq İstanbuldadı.
Babel bu gün tibbi müayinədən keçəcək. 2 gün sonra isə 30 yaşlı yarımmüdafiəçi yeni komandası ilə rəsmi sözləşməyə qol çəkəcək. Babelin “Beşiktaş”la 2,5 illik müqavilə bağlayacağı bildirilir.
“Beşiktaş” Babelin formasını geyinəcəyi ikinci Türkiyə klubu olacaq. Belə ki, o, “qara qartal”dan öncə “Kasımpaşa”da çıxış edib.
Babel “Beşiktaş”da 49 nömrəli formanı geyinəcək.
0
0