[b]Rəhim Həsənov olan yerdə “Kəpəz” uduzmur[/b]
08.04.2016 - 11:45
[b]Rəhim Həsənov olan yerdə “Kəpəz” uduzmur[/b]

Topaz Premyer Liqasının XXIX turunun mərkəzi görüşünü Rəhim Həsənov idarə edəcək. Apasport.az saytının məlumatına görə, FİFA referisi “Qarabağ”la “Kəpəz” arasında qarşılaşmada fit çalacaq.

 

Bu, onun cari çempionatda 22-ci oyunudu. Əvvəlki görüşlərdə Həsənov meydan sahiblərini 49 sarı, 5 qırmızı və 1 penalti ilə cəzalandırıb. Qonaqlar isə 1 qırmızı, 60 sarı, 2 penalti ilə cəzalanıb. Maraqlıdı ki, 3 penaltidən yalnız biri qolla nəticələnib.

 

Həsənov əsasən meydan sahiblərinə uğur gətirir. Ev sahibi komandaların 8 qələbəsini qeydə alan referi 9 heç-heçə və 4 məğlubiyyətinə şahid olub.

 

Maraqlıdı ki, cari mövsümün oyun sayındakı rekordçusu olan Həsənovun çempionatın lideri “Qarabağ”la yolları 1 dəfə kəsişib. XIX turun həmin matçında AZAL ağdamlıları 1:0 hesabı ilə məğlub edib. Referi bu qarşılaşmada “Qarabağ”a 3 sarı vərəqə də verib.

 

“Kəpəz” isə artıq 4 dəfə Həsənovun idarəçiliyi ilə meydana çıxıb. Evdə “Zirə” (1:1) və “İnter” (0:0), səfərdə “Zirə” (2:2) ilə heç-heçə edən gəncəlilər “Xəzər Lənkəran”ın meydanından qələbə ilə dönüb – 1:0. Bu hakimlə uduzmayan qərblilər 9 sarı vərəqə və 1 penalti ilə cəzalanıb. Onların rəqibləri isə 3 qırmızı və 11 sarı vərəqə görüb.