[b]Rəhim Həsənovla Orxan Məmmədov diviziona “sürgün olundu”[/b]
15.02.2017 - 13:21
[b]Rəhim Həsənovla Orxan Məmmədov diviziona “sürgün olundu”[/b]

AFFA-nın Hakimlər Komitəsi Azərbaycan çempionatının I divizionunun XVI turuna təyinatları açıqlayıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqa matçlarına baş hakim kimi çıxan iki referi aşağı dəstəyə “sürgün olunub”.

 

Bunlar FİFA referisi Rəhim Həsənovla bu statusun sabiq daşıyıcısı Orxan Məmmədovdu. AZAL – “Qarabağ” qarşılaşmasındakı səhvi ilə meydan sahiblərini azlıqda qoyub, qonaqların qələbəsində rolu olan sonuncu “Ağsu” – MOİK görüşündə fit çalacaq. FİFA referisi isə divizionun mərkəzi oyunu olan “Turan Tovuz” – “Zaqatala” matçına təyinat alıb. Premyer Liqanın son turunda iş başında olmayan sonuncu XVII turun “Sumqayıt” – “Kəpəz” matçından sonra “istirahət”ə göndərilib.

 

I divizion

XVI tur

15 fevral (çərşənbə)

13:00. “Şərurspor” – “Mil-Muğan”
Hakimlər: Ziya Nəsirov, Azər Əsgərov, Nahid Əliyev, Kərim Kərimov
Hakim-inspektor: Akif Əliyev
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

16 fevral (cümə axşamı)

15:00. “Turan Tovuz” – “Zaqatala”
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cəmil Quliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Yavər Rəhimov 
Tovuz şəhər stadionu

13:00. “Rəvan” – “Şəmkir”
Hakimlər: Emin Nağıbəyov, İsgəndər Əliyev, Samir Hacıyev, Vüsal Əliyev
Hakim-inspektor: Əlibala Ələsgərov
“Bayıl Arena”

15:00. “Ağsu” – MOİK
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Elşad Abdullayev, Anar Fərəcov
Hakim-inspektor: Rufulla Kərimov
Ağsu şəhər stadionu

17 fevral (cümə)

14:00. “Şahdağ” – “Bakılı”
Hakimlər: Ramil Əhmədov, Cavanşir Yusifov, Aleksandr Musatkin, Anar Göyçayski
Hakim-inspektor: Abdulla Məmmədov
Şövkət Orduxanov adına Qusar şəhər stadionu

15:00. “Energetik” – “Göyəzən”
Hakimlər: Ramiz Məhərrəmov, Habil Əliyev, Samir Ələsov, Elgün Hüseynov
Hakim-inspektor: Əvəz Şıxıyev
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu

18 fevral (şənbə)

15:00. “Səbail” – “Qaradağ Lökbatan”
Hakimlər: Elvin Əsgərov, Mehman Mahmudov, Rahil Ramazanov, Alik Yunusov
Hakim-inspektor: Samir Kərəmov
“Bayıl Arena”