[b]Rəmzi komandaya çempiondan 3 futbolçu[/b]
07.02.2017 - 15:31
[b]Rəmzi komandaya çempiondan 3 futbolçu[/b]

Afrika Millətlər Kuboku-2017 turnirinin rəmzi komandası açıqlanıb. Apasport.az saytı xəbər verir ki, yarışın qalibi olan Kamerun millisindən simvolik “11-liy”ə 3 futbolçunun adı düşüb.

 

Rəmzi komandada, həmçinin Seneqal, Misir, Qana, Burkina-Faso və Konqo təmsilçiləri də yer alıblar.  

 

Qapıçı: Fabris Ondoa (Kamerun)

Müdafiəçilər: Kara Mbodji (Seneqal), Ahmed Xeqazi (Misir), Mişel Nqade-Nqadjui (Kamerun)

Yarımmüdafiəçilər: Deniel Amarti, Kristian Atsu (hər ikisi Qana), Bertran Traore, Şarl Kabore (hər ikisi Burkina-Faso), Məhəmməd Salah (Misir)

Hücumçular: Kristian Bassoqoq (Kamerun), Junior Kabananqa (Konqo)

 

Qeyd edək ki, turnirdə ikinci yeri Misir tutduğu halda, üçüncü pilləyə Burkina-Faso layiq görülüb.