UEFA Avropa çempionatları tarixinin ən güclü heyətini müəyyənləşdirmək qərarına gəlib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Avropanın ali futbol qurumu bu məqsədlə azarkeşlər arasında sorğu elan edib.
Bunun üçün 50 namizəddən ibarət siyahı tərtib olunub. Siyahıda Avro-1960-dan tutmuş AÇ-2012-yə qədərki müddətdə iştirak edən aparıcı oyunçulara yer verilib.
Səsvermə prosesi gizli şəkildə keçiriləcək və ən güclü “11-lik” iyunun əvvəlində açıqlanacaq.
Qapıçılar: Canluici Buffon, Dino Zoff (hər ikisi İtaliya), İker Kasilyas (İspaniya), Peter Şmeyxel (Danimarka), Lev Yaşin (Rusiya)
Müdafiəçilər: Frants Bekkenbauer, Karl-Haynts Förster, Filipp Lam, Mattias Sammer (hamısı Almaniya), Loran Blan, Lilian Türam (hər ikisi Fransa), Cyakinto Fakketti, Paolo Maldini (İtaliya), Karles Puyol, Serxio Ramos, Xordi Alba (hamısı İspaniya), Ronald Kuman, Frank Raykard (hər ikisi Hollandiya), Trayanos Dellas (Yunanıstan), Anton Ondruş (Slovakiya)
Yarımmüdafiəçilər: Andres İnyesta, Luis Suares, Xavi Ernandes (hamısı İspaniya), Pavel Nedved, Antonin Panenka, Karel Poborski (hamısı Çexiya), Mişel Platini, Jan Tiqana, Zinəddin Zidan (hamısı Fransa), Teodoros Zaqorakis (Yunanıstan), Draqan Djajiç (Serbiya), Rud Qullit (Hollandiya), Luiş Fiqu (Portuqaliya), Günter Netzer (Almaniya), Andrea Pirlo (İtaliya)
Hücumçular: Oliver Birhoff, Herd Müller, Horst Hrubeş, Karl-Haynts Rummenigge (hamısı Almaniya), Tyerri Anri, David Trezege (hər ikisi Fransa), Fernando Torres, David Vilya (hər ikisi İspaniya), Kriştianu Ronaldo (Portuqaliya), Alan Şirer (İngiltərə), Angelos Xaristeas (Yunanıstan), Brayan Laudrup (Danimarka), Valentin İvanov (Rusiya), Marko van Basten (Hollandiya), Davor Şuker (Xorvatiya)