[b]Renat Dadaşov debüt matçında qol hesabını açdı[/b]
06.02.2017 - 11:07
[b]Renat Dadaşov debüt matçında qol hesabını açdı[/b]

Azərbaycan yığmasına cəlb olunan Renat Dadaşov yeni klubu “Ayntraxt”ın U-19 komandasında qol hesabını açıb. Apasport.az saytı xəbər verir ki, o, debüt matçındaca fərqlənib.

 

Belə ki, Dadaşovun komandası Gənclər Liqasının cənub zonasının çempionatında “İnqolştadt”la qarşılaşıb. 18 yaşlı hücumçu start heyətində yer alıb. 87 dəqiqə meydanda olan Renat “Ayntraxt”ın ikinci qoluna imza atıb.

 

Qeyd edək ki, görüş “Ayntraxt”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.