[b]Renat Dadaşov oynadı, komandası...[/b]
09.07.2017 - 01:12
[b]Renat Dadaşov oynadı, komandası...[/b]

“Ayntraxt”ın ABŞ-dakı təlim-məşq toplanışı davam edir. Apasport.az saytının məlumatına görə, frankfurtlular okeanın o tayında ilk yoxlama matçına çıxıb.

 

Millimizin üzvü Renat Dadaşovun komandası “Sietl Sounders”lə üz-üzə gəlib. Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb.

 

Renat matça ehtiyat oyunçular skamyasında başlayıb və ikinci hissədə meydana girib.

 

“Ayntraxt”ın oyundakı yeganə qolunu Hrqota vurub.