Futbol meydanlarında daha bir bədbəxt hadisə yaşanıb. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, ölümlə nəticələnən bu hadisə Finlandiyada baş verib.
Belə ki, “Parolan Vizan” və “Huyvinkan Palloseura” klublarının gənclər komandalarının qarşılaşmasında qonaqların adı açıqlanmayan qapıçısı rəqib futbolçu ilə toqquşma nəticəsində yerə sərilib. Huşunu itirən qolkiperə ilkin həkim müdaxiləsi edilsə də, bu, səmərə verməyib.
Nəticədə oyun yarımçıq dayandırılıb və finlandiyalı futbolçu dərhal xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq, 1 gün sonra dünyasını dəyişib.
Futbolçunun adının mətbuatda çəkilməməsini ailəsi istəyib.
Baş verən hadisə Finlandiyanın Futbol Assosiasiyasını da şoka salıb. Assosiasiyanın rəhbəri Pertti Alaya ölən futbolçunun ailəsinə başsağlığı verərək, onlara hər cür kömək etməyə hazır olduğunu bildirib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”