[b]Rəqiblərin qorxulu röyası olan ən yaxşı hücum tandemləri - FOTOSESSİYA[/b]
19.10.2015 - 01:01
[b]Rəqiblərin  qorxulu röyası olan ən yaxşı hücum tandemləri - FOTOSESSİYA[/b]

1. Didiye Droqba və Nikolya Anelka

Bu cütlük “Çelsi”nin ən yaxşı hücumçularından olublar. Birlikdə forma geydikləri 2009/10 mövsümündə Droqba 29 qolla parlayarkən, Anelka da 11 qolla ona yoldaşlıq eləmişdi.

 

2. Duayt York və Endi Koul

“Mançester Yunayted”in əfsanə dueti. Bir-biri ilə əla anlaşan iki hücumçu 1998/99 mövsümündə York 18, Koul 17, 1999/2000 mövsümündə isə York 21, Endi isə 18 qol ataraq nə qədər yaxşı olduqlarını göstərdilər.

 

3. Qrafite və Edin Dzeko

“Volfsburq”un 2008/09 mövsümündəki çempionluğunda kilid rol oynayan ikili birlikdə 54 qol vurdular – Qrafite 28, Dzeko – 26. 2009/10 mövsümündə isə 33 qolla yadda qaldılar (Uyğun olaraq 11 və 22). 2010/11 mövsümündə məhsuldarlıq düşsə də yenə də qollar davam etdi (9 və 10).

 

4. Patrik Klyuvert və Xavier Savyola

2001/2002 mövsümündən birlikdə forma geyinməyə başlayan ikili ilk mövsümlərində bir yerdə 35 qol vurdular (Klyuvert - 18, Savyola – 17). Sonrakı mövsüm 29 (uyğun olaraq 16 və 13) bir sonrakı il isə birlikdə 22 qol vurdular (14 və 8).

 

5. Maykl Ouen və Emil Heski

Bu hücum duetindən sonra “Liverpul” hələ də hücumun sivri ucunda istədiyi nəticəni əldə edə bilməyib. “Qırmızılar”ın əfsanəsi hesab olunan Ouen və Heski birlikdə 2000/01 mövsümündə 30, 2001/02 mövsümündə 28 (19 Ouen, 9 Heski) qol vurublar. Bundan əlavə bu iki oyunçu birlikdə İngiltərə milli komandasının da formasını geyiniblər.

 

6. Raul və Ronaldo

“Real”ın “Los Galacticos” layihəsində bir yerdə oynayıblar. Bu hücum dueti 2002/03 mövsümündə 39 (uyğun olaraq 23 və 16), 2003/04 mövsümündə 35 (24 və 11) qol vuraraq ulduzlar topluluğunun qol yükünü çəkdilər.

 

7. Tyerri Anri və Denis Berqkamp

Fransız və hollandiyalı bu iki futbolçu haqqında dünyanın ən yaxşı hücum tandemi demək olar. 2004/05 mövsümündə Anrinin 13, Berqkampın isə 12 qol ötürməsi verməsi (çoxusu da bir-birilərinə) nə qədər yaxşı anlaşdıqlarını göstərir. İkili 2003/04 mövsümündə bir yerdə 34, 2004/05 mövsümündə isə 33 qol vuraraq “Arsenal”ın ən yaxşı dövrlərində əsas simalardan oldular.

 

8. Hakan Şükür və Arif Ərdəm

Türkiyənin ən yaxşı hücum cütlüklərindən biri oldular. “Qalatasaray”ın UEFA kubokunu almasında və qazandığı ardıcıl çempionlularda müstəsna xidmətləri olub. Milli komanda da birlikdə çıxış ediblər.

 

9. Ueyn Runi və Ruud van Nisterloy

Bu ikili 2005/06 mövsümündə bərabər oynadılar. Birlikdə keçirdikləri bir mövsümdə bir-birilərinə nə qədər uyğun olduqları meydana çıxdı. Həmin il bu tandem 37 qola imza atdı. (Nisterloy-21, Runi-16)

 

10. Alessandro Del Pyero və Flippo İnzaqi

Uzun müddət birlikdə “Yuventus”un qol yükünü çəkən hücumçuların vurduqları qol sayı da bir-birinə yaxındı. 1998/99 mövsümündə Del Pyero 19, İnzaqi 17, 1999/2000 mövsümündə isə 19 qol Del Pyero, 15 qol isə İnzaqi vurub.

0